İngiltərə millisinin futbolçusu koronavirusa yoluxdu

26 May 2020 11:54 (UTC+04:00)
İngiltərənin "Bornmut" klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub. Bu barədə 22 yaşlı qapıçı "The Sun" nəşrinə açıqlamasında deyib. İngiltərəli qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir: "Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır". Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. Mövsümün iyunda azarkeşsiz bərpa olunacağı gözlənilir.