Qəbul edilən qida ilə sərf olunan enerji arasında tarazlığın pozulması nəticəsində yaranan köklük və piylənmə xəstəliyi günümüzdə aktual mövzulardan biridir.
Bu istiqamətdə "Ümumdünya Səhiyyə Təşkilatı" başda olmaqla bir çox təşkilatlar və dövlətlər mübarizə aparırlar.
Məlumata görə Birləşmiş Ərəb Əmirliklərinin zəngin Dubay şəhərində "piylənmə" xəstəliyi ilə mübarizədə qeyri-adi üsula əl atılıb. Artıq çəkidən azad olanlara qızıl hədiyyə verilir. Dubayda yerli mətbuatın yazdığına görə, Dubay rəhbərliyi 30 günlük kampaniya müddətində itirilən hər kilo üçün 1 qram qızıl verir. Dubayda yaşama icazəsi olan hər kəsin qatıla biləcəyi yarışmada, "qızıl ovçularının" həddindən artıq kök olmaları və sağlamlıqsız çəki vermə üsullarından uzaq qalmaları şərti vurğulanır.
Mükafat qazana bilmək üçün isə ən azı 2 kilo zəifləmək lazımdır.
Məlumatda kampaniyanın "Birləşmiş Ərəb Əmrliklərində" sağlam həyat tərzinin təşviqi üçün başlanıldığı qeyd olunur.
Bu baxımdan qeyd etmək vacibdir ki, insanlar həmin proqram və layihələrin layiqli bir formada reallaşması üçün diqqətli olmalı, ən azı öz sağlamlığına ciddi fikir verməlidirlər.