Magistraturaya ixtisas seçiminin başlanacağı tarix açıqlandı

1 İyun 2020 11:42 (UTC+04:00)

"İyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçimi başlayacaq”. 

Mövqe.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. 

O bildirib ki, ixtisaslara aid jurnal yəqin bu həftəsonuna hazır olacaq: “Qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq”.