Prezident Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

18 İyul 2013 16:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Mövqe.az-ın məlumatına görə, görüşdə ötən dövr ərzində ölkələrimiz arasında əlaqələrin intensiv xarakter daşıdığı bildirilib, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.