Azərbaycanda mobil telefonların idxalı azalıb

13 May 2012 21:06 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, I rübün yekunları üzrə Azərbaycana ümumi dəyəri 1517,7 min dollar olan 30 020 ədəd mobil telefon idxal edilib. 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal edilən mobil telefonların sayı 2,75 faiz azalıb (ötən il 30 848 ədəd gətirilib). 

Qeyd edək ki, hər ay ölkəyə orta hesabla 11-12 min mobil telefon idxal edilir.

Nuranə Novruzova