Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

3 İyun 2020 15:50 (UTC+04:00)

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.

Yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.