Movqe.Az xəbər verir ki, Elektronika nəhəngi Samsung, Cənubi Koreyanın paytaxtı Seulda təşkil etdiyi beynəlxalq mətbuat konfransıyla 1 TB-lik yeni SSD disklərini tanıdıb. Yüksək tutumlu SSD disklər sayəsində kompüterlər daha çox sürətə və tutuma sahib olur. Şirkətin yeni tanıtdığı SSD 840 EVO məhsulu, giriş səviyyəsi üçün yüksək performans və tutum təqdim edir. Yeni 840 EVO ardıcıllığında 120 GB, 250 GB, 500 GB, 750 GB və 1 TB tutumlu 2,5 düymlük modellər var. Yeni SSD-in yazma sürəti 410 MB / saniyə ilə 520 MB / saniyə arasında dəyişir. Dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın jurnalistin izlədiyi konfransda Samsungun təşkilati istifadəçilər üçün inkişaf etdirdiyi SSD ardıcıllığı olan XS1715 ardıcıllığı da nümayiş edilib. Bu silsilə SSD disklərin tutumları da 400 GB, 800 GB və 1,6 TB olaraq sıralanır.