Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.
Qeyd edək ki, boşanmaların səbəbləri sırasında ilk yeri ailədəki emosional gərginlik, əsassız söz-söhbət, dedi-qodu tutur.
Gəlin-qayınana, gəlin-baldız, gəlin-qayın arvadı arasındakı söz-söhbətlərin də çox vaxt boşanma ilə nəticələnir.
Boşanmaların digər səbəbi isə kişilərin pis vərdişlərə (narkomaniya, alkoqolizm) meyl etməsidir.
Bəzən iqtisadi çətinliklər, sosial-məişət problemləri də boşanmalarla nəticələnir.
Bəzən xasiyyətlərdə tutuşmaya bilər. Lakin həyat yoldaşları bir-birlərini başa düşməli və hörmət etməlidir. Əks halda boşanmaların sayı hər gün artacaq.
Türkan Nadirqızı
Movqe.Az