22 iyula olan hava proqnozu

22 İyul 2013 12:03 (UTC+04:00)

Bugün  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. 



Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin rəsmi saytından aldığı məlumata görə, havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq. 


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. 


Azərbaycanın rayonlarında hava şəraiti yağmusuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti təşkil edəcək.