Əfqan vasitəçi öldü

14 May 2012 11:41 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda Talibanla bağlı müzakirələrə başçılıq edən heyətin üzvlərindən olan Arsala Rəhmani Kabildə uğradığı hücumda öldü.

Taliban dövründə nazirlik edən və Yüksək Barış Şurasının üzvü olan Rəhmaninin ölümündən sonra prezident Həmid Karzainin sülh səylərinin iflasa uğrayacağı söylənilir.

Keçən il Yüksək Barış Şurasının başçısı Burhanəddin Rəbbani də bir hücumda vəfat edib.

Rəbbani sentyabr ayında özünü Taliban nümayəndəsi kimi tanıdan bir xadimin türbanında gizlətdiyi bombanın partlaması nəticəsində həyatını itirib.

Burhanəddin Rəbbaninin yerinə keçən ay ABŞ-da təhsil alan oğlu Səlahəddin Rəbbani təyin edilib.

Məhəmməd Zahir adlı polis məmurunun "Reuters" agentliyinə verdiyi məlumata görə, sürücüsü əvvəl Rəhmaninin öldürüldüyünün fərqinə varmayıb.

Rahmaninin keçmişdə də ölüm təhdidləri aldığı və nəyə görə qorumasız səyahət etdiyi məlum deyil.