İyulun 22-də Bakıdakı "Min bir gecə" restoranında Prezident
yanında Kütləvi İnformasiyalar Vasitələrinə Dəstək Fondu (KİVDF),
Mətbuat Şurasının təşkilatçılığı ilə milli mətbuatımızın 138
illiyinə həsr edilmiş bayram tədbiri keçirib.
Tədbirdə iştirak edən PrezidentAdministrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovçıxış edərək jurnalistləri təbrik edib və bildirib ki, Azərbaycan dövlətinin hər zaman milli mətbuatın inkişafına marağı olub. Əli Həsənov bu gün 156 jurnalistin mənzillə təmin olunduğunu qeyd edib və prezident İlham Əliyevin 2015-ci ildə jurnalistlər üçün nəzərdə tutulmuş yeni binanın təməlini qoyduğunu vurğulayıb. Daha sonra çıxış edən Mətubuat Şurasının sədri Əflatun Amaşov ev alan jurnalistləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayaraq vurğulayıb ki, Azərbaycan dövləti hər il KİV-lərə dövlət büdcəsindən vəsait ayırır, onun inkişaf etdirilməsində müxtəlif sərəncamlar imzalayır. Tədbirin gedişində bir neçə jurnalistə ali media mükafatı təqdim olunub. Onların arasında "Mövqe" qəzetinin əməkdaşları Rasim Bayramov və Mübariz Bayramov da var. KİVDF tərəfindən elan olunmuş yazı müsabiqəsində qalib gələn jurnalistlər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.