"…Çox sadə olmaqları ilə diqqətimi çəkdilər"
Mövqe.Az xəbər verir ki, ötən gün baş tutan "Fənərbağça – Xəzər Lənkəran" qarşılaşmasını canlı izləyən məşhurlardan biri də teleaparıcı Nanə Ağamalıyeva olub.
"Xəzər Lənkəran"a dəstək olmaq üçün dostları ilə birlikdə cənub bölgəsinə yollanan Nanə qonaqların 4:0 hesabı ilə qalib gəlməsini üzücü qarşılasa da, xalası oğlunun istəyi ilə iki fənərli futbolçudan avtoqraf alıb:
"Mən illərdir Türkiyənin "Qalatasaray" komandasına azərkeşlik edirəm. Xalam oğlu, balaca Yusifin istəyi ilə "Fənərbağça"lı Volkan Demirel və Dirk Kuytdan topun üzərinə imza atmalarını xahiş etdim.
Baxmayaraq ki, ikisi də məşhurdur, çox sadə olmaqları ilə diqqətimi çəkdilər".