Movqe.Az xəbər verir ki, Alman avtomobil istehsalçısı Audi elektrik velosipedə də əl atıb.
Almaniyadakı mərkəzdə yaradılan Audi velosipedi, ultra yüngüllük,
e-tron elektrik mühərriki texnologiyası və əlaqəli informasiya texnologiyası kimi xüsusiyyətlərə malik olaraq, markanın üç böyük dizaynını özündə birləşdirir.
Velosipedin təkərlərinin hər biri 600 qram ağırlığındadır.
Elektrik mühərrikləri və batareyalar da əlavə olunduqda velosipedin çəkisi 21 kiloqram olur.
3 HP-lik elektrik mühərriki 2,5 saata tam enerji yığa bilir və yalnız yığılan bu enerji ilə 80 km/s sürətlə 80 km yol gedə bilir.
Bədən hərəkətləri ilə də idarə edilə bilən velosipedin internetə qoşula bilmə xüsusiyyəti də var.