Movqe.Az xəbər verir ki, ABŞ-da yaşayan iki gənc, iki il əvvəl əməliyyatla cinsiyyətlərini dəyişdirdikdən sonra sevgili olublar. Arin Andruvs və Keyti Hillin rəsimlərinə baxanda bir-birlərinə aşiq gənc bir cütlük görürsünüz. Halbuki Keytinin iki il əvvəl Luke adında gənc bir kişi, Arinin isə Emerald adında gənc bir qadın olduğunu söyləsək inanarsınızmı? Bir ay əvvəl əməliyyatla sinələrini aldıran Arin, "İndi bir hovuza getdiyimdə və ya idmanda ağırlıq qaldırarkən kimsə mənə təəccüblə baxmır. Artıq yaxası açıq bir köynək geyinə bilirəm, dənizə üstsüz girə bilirəm. Nəhayət normal bir kişi kimi ola bildim. Arxalanacağım bir ailəm və sevgilim, Katie, olduğu üçün çox şanslıyam "deyib.