O, instrumental ifaçıların görünməməsindən nigarandır

14 May 2012 13:18 (UTC+04:00)

Tanınmış tar ifaçısı Humay Qədimova instrumental ifaçıların görünməməsindən nigaran olduğunu bildirib. Bu barədə Movqe.Az xəbər portalına H.Qədimova özü danışıb. O, peşəkar sənətlə məşğul olan gənclərin, gələcəklərinə inanır: "Ciddi sənətlə məşğul oluram. Peşəkar instrumental ifaçılarımız çox olsa da, amma hansısa səbəbdən görünmürlər. Amma mən inanıram ki, peşəkar sənətlə məşğul olan gənclərimiz, bunun bəhrəsini gələcəkdə görəcəklər. Buna, inanıram".

H.Qədimova onu da qeyd etdi ki, müğənni Gülay Qədirova ilə birgə çalışır. O, Gülay ilə uşaqlıq dostu olduğunu dedi: "Biz Gülay ilə uşaqlıqdan ailəvi yaxın dostuq. Biz sənəti kənara qoyub, bacı kimi münasibətlərimizi davam etdiririk. Bundan başqa, bir yerdə çalışırıq", - H.Qədimova bildirdi.

Fuad Mədətov

Movqe.Az