Motosiklet yarışında qəza

14 May 2012 13:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünən Polşanın qərbindəki Vroklo şəhərində keçirilən motosiklet yarışı əsnasında qəza baş verib. Britaniya Sürət Çempionatı komandalarından Lakeside Hammersin kapitanı 33 yaşlı ingilis yarışcı Li Riçardson qısa bir müddət sonra qarşısındakı motosikletə dəyərək nəzarətini itirib. Yaralı halda xəstəxanaya çatdırılan sürücü bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Xatırladaq ki, Riçardson 13 il idiki Polşada keçirilən yarışlarda iştirak edirdi.