Breivikin psixoloji vəziyyəti Norveç qanunlarını dəyişdirir

14 May 2012 13:52 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Norveç əsilli  həddindən artıq sağçı terrorist olan Anders Behring Breivikin keçən il 77 adamı qətl etdiyi terror hadisəsindən sonra  hökumət məclisə  "ruhi sağlamlıq qanunları" haqqında yeni bir qanun layihəsini  təqdim etməyə hazırlaşır.

Məhkəmə Breivikin  psixi xəstə olduğu  qənaətinə gələrsə onun 'psixoloji bir xəstə olduğu' üçün hökm verə bilməyəcək. Qanun dəyişikliyinin Breivik in 'zəruri ruhi sağlamlıq müalicəsi' görə bilməsi üçün ediləcəyi deyilib.