Ermənistanda koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb.
Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 330 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 491 nəfər koronavirusdan ölüb, 12 143 nəfərin müalicəsi isə davam edir.