"JP Morgan"dan istefa gözlənilir

14 May 2012 13:55 (UTC+04:00)

Movqe.az BBC-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatların ən böyük bankı JP Morganın 2 milyard dollar zərər etməsi səbəbi ilə, şirkətin bir səlahiyyətli işçisinin və iki dəllalının istefa verəcəyi bildirilir.

"New York Times" və "Wall Street Journal" qəzetləri istefa verməsi gözlənilən şəxslərdən  birinin investisiya müdiri Ina Drew olduğunu bildirib.

Alış-veriş əməliyyatları üzrə məsul işçi Drew, "Wall Street Journal"dakı ən güclü qadınlardan biri olaraq xarakterizə edilirdi.

Drew ilə işləyən iki dəllalın da işdən ayrılacağı qeyd edilir.

Ziyan JP Morganın qazanc əldə etmək üzrə şirkətin şəxsi sərmayəsindən etdiyi investisiyalarda zərər etməsi ilə bağlıdır.

Bank keçən cümə axşamı bildirib ki, altı həftədə 2 milyard dollar itirib və itkilərin daha da arta biləcəyi gözlənilir.

Bankın baş icraçı direktoru Jamie Dimon, şirkətin əməliyyatları ilə bağlı aprel ayında üzə çıxan problemlərin üstündən keçərək böyük səhv etdiklərini bildirib.

NBC televiziyasına  müsahibə verən Dimon, o vaxt problemin ölçülərini tam olaraq bilmədiyini söyləyib.