Corc Buş dəstək üçün başını keçəl qırxdırdı
ABŞ-ın sabiq prezidenti 89 yaşlı ata Corc Buş Amerika ictimaiyyətini təəccübləndirib. Mövqe.az-ın Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, keçmiş prezident xərçəngli xəstə uşaqlara həmrəylik nümayiş etdirərək başını keçəl qırxdırıb.
Mətbuatın yazdığına görə, Ağ Evin sabiq lideri keçmiş əməkdaşlarından birinin iki yaşlı uşağının leykemiya ilə xəstə olduğuna görə, ona dəstək nümayiş etdirmək üçün bu addımı atıb.
Xəstə uşağın müalicəsi üçün xüsusi fond yaradılıb. Corc Buşun həmin fonda tələb olunan məbləği ödədiyi bildirilir.
Sabiq prezident 2012-ci ilin sonunda kəskin bronxitə görə iki ay xəstəxanada müalicə olunub. O, Parkinson xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq sabiq prezident 75, 80 və 85 yaşını paraşütdən tullanaraq qeyd edib.
Corc Buş 1989-cu ildən 1993-cü ilə qədər ABŞ prezidenti olub. Buna qədər isə o, Ronald Reyqan adminstrasiyasının vitse-prezidenti olub.