Bu da oldu

14 May 2012 13:57 (UTC+04:00)

Movqe.az xəbər verir ki, fotoşəkildə görülən sevimli it sanki " Dog TV" yə bağlanmış vəziyyətdədir. ABŞ-da kabelli kanalda yayımlanan "Dog TV" bu sahədə dünyada bir ilk olmaq niyyətindədir.

İsrailli "Jasmine Television" şirkəti tərəfindən inkişaf etdirilən bu kanal it sahiblərinin evdə olmadığı saatlarda itlərini sakitləşdirmək və əyləndirmək məqsədi güdür .

Elmi məlumatlarla zəngin olan verilişdə 7 gün 24 saat sakitləşdirici musiqilər və görüntülərlə itlərin sakit və dinc vaxt keçirməsi planlaşdırılır.

İlk olaraq ABŞ-ın San Diyeqo və Caligornia əyalətlərində yayımlanan "Dog TV " idarəçiləri gözlədiklərindən də çox maraq gördüklərini, ABŞ daxilində tanındıqdan sonra

bir neçə ay ərzində xaricdə də bu verlişi yayımlamağı hədəflədiklərini deyib. Şirkət kabelli TV-ı olmayanlar üçün ağıllı telefonlara istiqamətlənən 9.99 dollara video seçimləri də təqdim edir.