Roma-nın yarımmüdafiəçisi Nikolo Zanyolo karyerasını Juventus-da davam etdirə bilər.
Goal.az xəbər verir ki, Juventus Zanyoloya görə bonuslarla birlikdə 50 milyon avro ödəməyə hazırdı. Bu məbləğ maddi problemlərlə üzləşən Roma-nı razı sala bilər.
Cari mövsümdə 26 matçda meydana çıxan 21 yaşlı futbolçunun aktivində 6 qol, 3 məhsuldar ötürmə var.