ATV-yə yeni rəhbər Vüqar Qaradağlı təyin olunub

14 May 2012 14:22 (UTC+04:00)

ATV kanalında ciddi dəyişiklik baş verib. Telekanalın rəhbəri Tağı İbrahimov vəzifəsindən uzaqlaşdırılıb. 

ATV-yə yeni rəhbər Vüqar Qaradağlı təyin olunub. V. Qaradağlı media sahəsində mühüm işlərdə çalışıb. O, 1999-cu il mayın 5-dən işıq üzü görən "Bizim əsr" və elə həmin il iyunun 4-dən nəşrə başlayan "Naş vek" qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan "Radio Lider"in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan "Lider" televiziyasının daxil olduqları "Media-Holdinq"in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək) Vüqar Qaradağlı 2008-ci ilin noyabrından bu günədək "Mərkəz" qəzetində baş redaktoru postunu tuturdu.