Bir nəfər Kürdə batıb

26 İyul 2013 11:14 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində 1 nəfər suda batıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışları aparılır. Nazirlik bu barədə əlavə məlumat verəcək.