Obama iftar süfrəsi verdi-Foto
26 İyul 2013 11:18 (UTC+04:00)
Mövqe.az-ın xarici KİV-ə əsasən verdiyi
məlumatına görə, ABŞ prezidenti Barak Obama bir neçə saat əvvəl Ağ
Evdə müsəlmanlar üçün iftar süfrəsi verib. Obama (yeməkdən əvvəl)
Amerikalı müsəlmanlara sahibkarlar, texnoloqlar, tibb sahəsində
pionerlər olaraq göstərdikləri xidmətlərə görə minnətdarlıq
edib.
İftar süfrəsinə onun administrasiyasından
rəsmilər, müxtəlif dini liderləri və dipmissiyaların üzvləri də
qatılıb. AĞ Ev rəhbəri Ramazan ayından söz açaraq, orucluğun Allaha
olan sadiqliyi göstərmək üçün ən yaxşı fürsət olduğunu dilə
gətirib. Obama Ağ evin müxtəlif dinlərin müqqəddəs günlərini qeyd
etmək ənənəsini davam etdirdiyini, və bu iftar süfrəsinin də bu
ənənin tərkib hissəsi olduğunu deyib.
Qeyd edək ki, bu Barak Obamanın Ağ Evin Dövlət
Yeməkxanasında verdiyi sayca 5-ci iftar süfrəsidir.