“SPD”nin zəfəri Merkelin xidmətidir

14 May 2012 15:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yeni parlament üzvlərini təyin edən dünənki seçkilərdə Soysal Demokrat Partiyası (SPD) yüzdə 40-a yaxın səslə qələbə qazanıb.

Ölkənin ən sıx immiqrant əhalisinin topmalşdığı, Angela Merkelin lideri olduğu iqtidardakı Xristian Demokrat Birlik Partiyası (CDU) isə ziyana uğrayıb. 

Norbert Röttgen ile seçkiyə qatılan partiya yüzdə 26 səsdə qalıb. Sandıqdan çıxan ilk nəticələr, İctimai Demokrat Partiyasının ümumi mərkəzində üzləri güldürüb. 

Ölkənin ən sıx əyalətindəki seçki nəticələri, 2013 ediləcək federal seçkilər üçün də bir göstərici xüsusiyyəti daşıyır. Əyalət Baş naziri İctimai Demokrat Partiyalı Hannelore Kraft nəticəni ümumi seçkilər üçün müsbət siqnal olaraq xarakterizə edib: "Ölkədəki bütün Sosial Demokratlar bizim sevincimizi paylaşır və bu Berlin üçün də dəqiq bir siqnaldır". 

Bu nəticələrə görə SPD, yüzdə 12 səs alaraq seçimi uğurla tamamlayan Yaşıllar partiyası ilə hökumət quracaq lazımlı səsi toplayıb.

Digər tərəfdən, qatıldığı son əyalət seçkilərində hər dəfə səslərini artıran Piratlar Partiyası, ilk dəfə Şimali Ren Vestfalyada parlamentə girmə uğrunu göstərib. Sol Partiya, yüzdə beş səs alarkən, Merkelin iqtidar ortağı Azad Demokrat Partiyası yüzdə 8 səs toplayıb.