Binəqədi rayonunda gücləndirilmiş monitorinqlər davam etdirilir

18 İyul 2020 12:31 (UTC+04:00)

Binəqədi rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mobil qrupların və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində reydlər keçirilib.

Obyekt sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.

Mobil qrupun üzvləri tərəfindən iayişə obyektlərində fiziki məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.