Ebru Gündəş qızının şəkillərini paylaşdı

26 İyul 2013 15:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur müğənni həyat yoldaşı və qızıyla çəkilən fotoşəkilini İnstagramda paylaşıb. Ebru Gündəş 2010-ci ildə Azərbaycanlı biznesmen Reza Zarrab ilə nikah masasına oturmuş və 2011-ci ildə qızı Alaranı dünyaya gətirib. Şəxsi həyatını kameralardan uzaq yaşamağı seçən Ebru Gündəş, qızı Alara və həyat yoldaşı Reza Zarrab ilə çəkilən fotoşəkilini İnstagram səhifəsində yayımlayıb. Gündəş fotoşəklinin altına "Həyatımın iki eşqi" yazısını yayıb.