Mursiyə şok həbs cəzası

26 İyul 2013 19:52 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Misirdə ordunun çağırışıyla Mursi əleyhdarları da bu gün meydanlara axın edib. Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə isə 15 gün həbs cəzası verilib. Səbəb, Həmas hərəkatlarında casusluq işlərində iştirak etmək olub. Ordunun, məğlub etdiyi prezident Mursinin isə harada saxlanıldığı bəlli deyil. Məhkəmə, keçmiş lider Mursini 2011-ci ildə Həmasla əməkdaşlıq edərək Misirli əsgərlərin ölümünə səbəb olmaqda günahlandırır. Məhkəmə başçısı, Mursinin 2011-ci ildə Həmasla etdiyi telefon danışıqlarında, radikal islamçıların həbsdən qaçmasına kömək etdiyi və misirli əsgərlərin ölümünə səbəb olduğunu bildirib. Müsəlman Qardaşlar, bu qərarı "köhnə rejimə" qayıdışın bir əlaməti olaraq gördüklərini bildirib. Nümayişlərdən əvvəl Misir ordusundan yeni bir xəbərdarlıq gəlib. Ordunun açıqlamasında şiddət və terrorizmlə mübarizə aparmaq üçün güc istifadə edildiyi deyilib.