ABŞ-da ”Əjdəha körpə” doğulub

29 İyul 2013 13:36 (UTC+04:00)

Mövqe.az xarici mətbuata əsasən məlumat verir ki, ABŞ-nin Texas ştatında ana nəhəng uşaq dünyaya gətirib.Körpənin çəkisi 7.5 kiloqramdan çoxdur.


Qeyd edək ki, normal doğulan uşaqların çəkisi adətən bu rəqəmdən 2 dəfə az olur. "Əjdəha körpə"nin boyu da qeyri-adidir. Həkimlərin sözlərinə görə, onlar uşağın bu çəkidə olmasını gözləmirdilər. Qadına qeysər əməliyyatı edilib. Əks halda uşaq zədə ilə dünyaya gələrdi.


Həkimlər bildiriblər ki, körpə tam sağlam doğulub və o, çəkisinə görə Texas ştatının rekordçusudur. Amma Texasın yeni sakini dünya rekordçusu ola bilməyib, çünki dünyanın ən nəhəng doğulan uşağının çəkisi 10 kiloqamdır