Moskva beynəlxalq hava əlaqələrini bərpa edir

1 Avqust 2020 10:09 (UTC+04:00)

Avqustun 1-dən Rusiya bir neçə ay qabaq koronavirus pandemiyası səbəbindən dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir.

Mövqe-nin məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin xəbər verib.

İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən həyata keçiriləcək.

Hava əlaqələr bərpa ediləcək ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.