ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 152 min nəfəri keçib.

1 Avqust 2020 11:01 (UTC+04:00)

 

“Mövqe” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 152 922 nəfərdir.

İndiyədək ölkədə ümumilikdə 4 541 016 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Müalicə alan 2,24 milyon amerikalı sağalıb.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həmdə ölüm hallarının sayına görə dünyada birinci yerdədir.