Şəmkirdə avtomobil qəzası olub

2 Avqust 2020 20:20 (UTC+04:00)

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir rayonun Əliyaqublu kənd ərazisində qeydə alınıb.  

Yol-nəqliyyat hadisəsi olan əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.