Maska taxmaq istəməyən sərnişinlə avtobus sürücüsü arasında QANLI DAVA

3 Avqust 2020 10:00 (UTC+04:00)

Bu gün Türkiyənin Balıkəsir vilayətində marşrut xətti üzrə hərəkət edən mikroavtobusun sürücüsü ilə bir qrup sərnişin arasında dava düşüb.

Publika.az xəbər verir ki, Erdemit qəsəbəsinə hərəkət edən mikroavtobusun sürücüsü nəqliyyat vasitəsinə maskasız daxil olan bir qrup sərnişinə xəbərdarlıq edib. Sürücü sərnişinərin mütləq maska taxmalı olduğunu deyib. Bundan sonra münaqişə baş verib və həmin şəxslərdən biri sürücüyə bıçaqla hücum edib. O, kəsici alətlə sürücünün başına ağır zərbələr endirib.

Bildirilir ki, hadisəni törədən şəxslər sərxoş hada olub.

Fakta bağlı araşdırma aparılır.