Prezidentin köməkçisi toylardan danışdı

3 Avqust 2020 19:05 (UTC+04:00)

Toy mərasimləri ölkəmizdə xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Amma koronavirusla qarşı mübarizədə əsas qayda kütləviliyin qarşısının alınmasıdır.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bunun güclü epidemioloji əsasları var və buna görə toyların keçirilməsinə icazə verilmir. Mən digər ölkələrin təcrübəsinə baxmağınızı xahiş edirəm. Yumşalma baş verən ölkələrdə ikinci, üçüncü dalğa müşahidə olunur. Bu günə kifayət qədər yumşaldılma tədbirləri həyata keçirilmişdir", - o bildirib.