Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul başlayır

30 İyul 2013 18:25 (UTC+04:00)

Müsabiqədə I qrup üzrə imtahandan balı 250 və daha yüksək olan abituriyentlər iştirak edə bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidməti Akademiyasının müraciətinə əsasən, həmin təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edir. Müsabiqədə I ixtisas qrupu üzrə test imtahanında iştirak etmiş və ümumi balı 250 və daha yüksək olan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 2013-cü il iyulun 31-dən avqustun 6 - dək Dövlət Sərhəd Xidməti Akademiyasına (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç. 30) müraciət etməlidirlər. 


Qeyd edək ki, müsabiqə nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər.