Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı

4 Avqust 2020 11:10 (UTC+04:00)
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi "Yaşıl Ada"adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mövqe.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.