Azərbaycanda general-leytenant vəfat etdi

4 Avqust 2020 12:20 (UTC+04:00)
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib. Mövqe.az xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib. Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. F.Nəbiyevin sabah 60 yaşı olacaqdı. Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb.