Monteneqro Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi

4 Avqust 2020 14:30 (UTC+04:00)
Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı epidemioloji təhlükəsiz ölkələr baxımından "yaşıl siyahıya" daxil etmək qərarına gəlib. Bu barədə "RİA Novosti" məlumat yayıb. İndi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir. İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.