Bakı klubu yeni transferini açıqladı

4 Avqust 2020 20:43 (UTC+04:00)
"Səbail" yeni transferi Florian Kadriunun keçidini həll edib. Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021 mövsümünün sonunadək "dənizçilər"in formasını geyinəcək. Qeyd edək ki, Kadriu Albaniyada "Tirana" və "Teuta", Şimali Makedniyada isə "Şkupi", "Rabotniçki" və "Renova" klublarında çıxış edib.