Asus smartfon çıxarmağa başlayacaq!

30 İyul 2013 22:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Kompüter istehsalçısı Asus ağıllı telefon bazarına girməyə hazırlaşdığını açıqlayıb. Keçən həftə Google-Asus əməkdaşlıq ilə qarşımıza çıxan yeni nəsil Nexus 7-nin təqdimat fəaliyyətində Asus İdarə heyəti üzvü Conney Shih, AllthingsD-yə ağıllı telefon istehsalı üçün işlərə başladıqlarını ifadə edib. Bu sahədə hələ çox yeni olduqlarını söyləyən Shih tələsmək istəmədiklərini və buna görə yavaş addımlarla irəlilədiklərini bildirib. Asusun ağıllı telefonları 2014-cü ildə satışa çıxaracağı iddaa edilir.