Azərbaycan XİN Livana başsağlığı verdi

5 Avqust 2020 10:17 (UTC+04:00)

“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik”.

Mövqe.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında əksini tapıb.