Zarinanın öz klipi və Elnarənin 71 min avroluq klipi! – FOTOSESSİYA

14 May 2012 18:55 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Z.Məmmədova klipini Beynəlxalq Mətbuat Mərkəzində təqdim edib. Müğənni ifa etidyi sözləri Ülviyə Alovlunun, musiqisi Rəhim Rəhimlinin bəstəsi olan "Kaş" adlı mahnısına çəkilən klipdən məmnun görünürdü. O, sadə süjet xəttinə və paytaxtın işıqlı gecəsində çəkilən klipin yaradıcılığını uğurlu hesab edib: "Azərbaycanda ilk klipimi peşəkar rejissor Elnaz Əbluc çəkib. İkinci işimi isə Nail Naiboğluna etibar etdim. Klip hazır olmazdan qabaq kaş ki, bu işim də uğurlu olaydı deyirdim. Mənə elə gəlir ki, bu arzuma çatmışam".

Zarina klipin sadə görüntülərlə çəkilməsinə münasibətini bildirib. O, fikirini belə izah edib: "Burada da sadəlik hökm sürür, bu isə mənim öz istəyimdir. Rejissoru qınamaq lazım deyil".

Təqdimat mərasimininə qatılmayan klipin rejissoru Nail Naiboğlunun gəlməməsinə səbəb isə çəkiliş prosesində olması idi. Bunu da Zarina özü deyib.

Mahnının sözlərinin müəllifi Ülviyyə Alovlu bunları dedi: "Mənim bu şerimə bəstələnən mahnını məhz Zarinanın oxuması və klip çəkilməsi məni sevindirir. Buna görə, Zarina ilə bərabər özümü də təbrik edirəm".

Zarina klipinin məbləğindən söz açmasa da, Movqe.Az-ın müxbirinin ona verdiyi "Müğənni Elnarə Xəlilova son klipinə 71 min avro məbləğində pul xərclədiyini söyləyib. Sizcə, Elnarə ilə sizin klipinin fərqi nədir" sualına, Zarina olduqca səmimi cavab verib: "Vallah, mən yalan danışa bilmərəm. Ödədiyim məbləğ 71 min avrodan uzaqdır. Mən heç kimin işinə qarışa bilmərəm. Yəni ki, hər kəs istədiyi məbləğə klip çəkdirir. Sadəliyi isə özüm istədim. Çətin süjetdən hər zaman qaçıram".

Fuad Mədətov

Movqe.Az