Siyavuş Novruzov "Milli Şura"dan danışdı: Onlar insanların taleyini düşünmür

5 Avqust 2020 13:11 (UTC+04:00)

Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik.

Mövqe.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, biz bu gün dövlətin yanında olmalıyıq. Karantin rejimi böyük dövlətləri çökdürüb:
""Milli Şura" bildirib ki, karantin rejimin uzanması bizə sərf edir. Onlar insanların taleyini düşünmür. Düşünür ki, insanlar narazı olsa, bunların tərəfinə keçəcək”.