Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

5 Avqust 2020 22:16 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 883 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 759 229 test aparılıb. Aktiv xəstə sayı 3 787 nəfərdir, onlardan 255 nəfər reanimasiyadadır, 51 nəfər isə süni tənəffüs aparatına qoşulub.