Goranboyda qadın güllələnib

6 Avqust 2020 09:14 (UTC+04:00)

Goranboy rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində qadın güllələnib.

Odlu silahdan açılmış atəş nəticəsində yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.