Ermənistanda koronavirusdan ölənlərin sayı 772-yə çatdı

6 Avqust 2020 11:24 (UTC+04:00)

Ermənistanda daha 233 nəfərdə koronavirus aşkarlanıb.

Mövqe.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 819-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 772-yə çatıb. İndiyədək 31 556 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 7 263 aktiv koronavirus xəstəsi var.