Bakıda park yanır

6 Avqust 2020 16:17 (UTC+04:00)

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır.

Mövqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.