"Övladımın yasını tutmağı sizdən öyrənməyəcəm"

6 Avqust 2020 22:32 (UTC+04:00)

Aparıcı Ebru Şallı son günlər etdiyi tətil paylaşımlarına görə tənqid atəşinə tutulub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ünvanına yazılan sərt sözlərə aparıcı əsəbiləşib. Ebru bildirib ki, yeni itirdiyi oğlu Parsı heç bir şey ona unutdura bilməz:

"Nə yazıq və nifrət dolu sözlər İçinizin nifrətini tökmüsünüz. Nəyi həzm edə bilmədiniz? Nifrətlə bir yerə gələ bilməzsiniz. O nifrət üzünüzə vurur. Uşağımın yasını tutma şəklimin hesabını sizə verməyəcəm. Sən kimsən? Mənim mələk övladımı və məni müzakirə etməyin. Bunu etmə haqqınız yoxdur.

Sənin də övladın var. Sabah nə yaşayacağın bəlli deyil. Allahdan qorxun olsun bir az. Ölən övladımla və mənlə reytinq qazanmaq ayıbdır. Niyə bu cür düşmənçilik edirsiniz? Uşağımın arzusunu yerinə yetirəcəm, sənin yox".