Livanda partlayışla bağlı bir neçə nəfər həbs edilib

7 Avqust 2020 09:28 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışla bağlı cinayət işi üzrə limanın 16 əməkdaşı saxlanılıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə Livan Hərbi Məhkəməsinin hakimi vəzifəsini icra edən Fadi Akiki ölkənin Milli Xəbərlər Agentliyinə bildirib.

"Hərbi prokurorluq Beyrut limanında, Anqar 12-də baş vermiş partlayışın istintaqın ilkin mərhələsini qurtarıb. Liman Administrasiyasının və Gömrük İdarəsinin heyətindən anbarda təmir işləri aparan və orada partlayıcı maddələr saxlayan 18-dən çox insan dindirilib. Hazırda araşdırma çərçivəsində saxlanılanların sayı 16 inəfər təşkil edir", - Akiki deyib.

Qeyd edək ki, Beyrut limanında güclü partlayış çərşənbə axşamı baş verib. Son məlumatlara görə, hadisə zamanı 137 nəfər həlak olub, 5 minə yaxın insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş sayılır.